Türkiyədə yaşayış binası belə uçuruldu - VİDEO

21 İyun 2021 13:29

Türkiyənin Sakarya vilayətinin Adapazarı qəsəbəsində zədəli halda olan yaşayış binası planlı şəkildə uçurulub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bina ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb, yaxınlıqdan keçən yol nəqliyyata müvəqqəti bağlanıb. Ərazidə yaşayan vətəndaşlar uzaqlaşdırılaraq bina partladılıb.

Bütün xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar binanın dağıdılmasını yaxından izləməyə davam edib.

Binanın sökülməsini izləyən vətəndaşlardan biri prosesi lentə alıb.

Milli.Az