Məzun gecəsində 17 yaşlı qız bıçaqlandı - VIDEO - FOTO

21 İyun 2021 11:31

Sabirabad rayonunda məzun gecəsi şənliyində 17 yaşlı qız bıçaqlanıb.

DİN Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, dünən rayonun Surra kəndində yerləşən "Ana Kür" restoranında məktəblilərin təşkil etdiyi məclisdə bıçaqlanma hadisəsi baş verib.

Sabirabad sakini, 2002-ci il təvəllüdlü Qasımlı Sübhan Eldəniz oğlu həmyerlisi, 2004-cü il təvəllüdlü N. N.-i kürək nahiyəsindən bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, hazırda həmin şəxsin saxlanılması istiqamətində istintaq tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İlkin məlumata görə, Sübhan N.-i sevirmiş. S.Qasımlı onu bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.

Milli.Az