Nazir mayoru rəis təyin etdi

21 İyun 2021 10:41

Daxili işlər orqanlarında yeni təyinat olub.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Etibar Cəbrayılov Astara Rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinə rəis təyin olunub.

Qeyd edək ki, o, bu təyinatadək Qusar RPŞ-də çalışıb.

Milli.Az