Hökumətin kritik toplantısı başalyır - Məhdudiyyətlər aradan qalxacaqmı?

21 İyun 2021 11:11

Bu gün prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hökumətin kritik toplantısı keçiriləcək.

Milli.Az türk mediasına istinadən xəbər verir ki, iclasda Covid-19-la mübarizə, peyvəndlənmə, turizm sektoruna kömək başda olmaqla ölkə gündəmini əhatə edəcək məsələlər diqqətdə olacaq. İclasda məhdudiyyətlərin aradan qaldırılması də diqqət mərkəzində olacaq.

Eyni zamanda prezidentin Brüssel və Azərbaycan səfərlərinin yekunları da müzakirəyə çıxarılacaq. Sonda Ərdoğanın açıqlaması olacaq.

Kamran Seyidov
Milli.Az