Şəhid mayor Rahib Babayevin doğum günü idi - VİDEO

21 İyun 2021 16:22

19 iyun şəhid mayor Rahib Babayevin doğum günü idi. Tabor komandiri olaraq xidmət edən Rahib Babayev Vətən müharibəsinin başladığı ilk gündən  düşmənə sipər olan qəhrəmanlarımızdandır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Rahib Babayev şiddətli döyüşlərdə iki dəfə ağır yaralanmasına baxmayaraq, tabeliyində olan əsgərləri döyüş meydanından xilas edə bilib. Özü isə  sentyabrın 30-u Kəlbəcərdə şəhid olub.

Vətən müharibəsi qəhrəmanı doğum günündə dəfn olunduğu Sumqayıt şəhər Şəhidlər xiyabanında ziyarət edilib.Doğmaları ilə yanaşı  bir vaxtlar onunla çiyin- çiyinə xidmət etmiş, döyüşmüş hərbçi yoldaşları da onu tək qoymayıblar.Rahibdən vətənə əmanət  iki oğul, bir qız övladı qalıb.

Rahib Babayev ölümündən sonra "Azərbaycan bağrağı" ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az