Neft yenidən bahalaşıb

21 İyun 2021 10:14

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin avqust müqaviləsinin dəyəri 0,26% artaraq 1 barelə görə 73,70 dollar təşkil edib.

Milli.Az bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,35% artaraq 71,89 dollar təşkil edib.

Milli.Az