Həmyerlimiz Körfəz kubokunu qazandı

30 Aprel 2010 11:42
Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Vasl" futbol klubu İran Körfəz klublarının kubokunu qazanıb.

Milli.Az-ın PFL-ə istinadən verdiyi xəbərə görə, iki görüşün nəticəsinə görə Qətərin eyniadlı klubunu üstələyərək tarixində ilk dəfə bu uğura imza atan "Əl-Vasl" klubunda həmyerlimiz həkim-massajçı Rahim Məhərrəmov çalışır.

Bu il "Əl-Vasl" klubu ilə müqavilə imzalayan həmyerlimiz daha öncə "Şəmkir", "Karvan", "Neftçi" kimi klublarda çalışıb.

Milli.Az