İtaliya - Uels matçının ən yaxşısı

20 İyun 2021 23:39

AÇ-2020-nin A qrupu çərçivəsində keçirilən İtaliya - Uels matçının ən yaxşı futbolçusu müəyyənləşib. Milli.Az matc.az-a istinadən bildirir ki, İtaliya yığmasının yarımmüdafiəçisi Federiko Kyeza bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında pay sahiblərindən biri olub.
 
Qeyd edək ki, İtaliya - Uels matçı 1:0 hesabıyla başa çatıb.

Milli.Az