AVRO-2020: Bakıda Türkiyə-İsveçrə oyununda DÖRD QOL VURULDU - VİDEO - FOTO

20 İyun 2021 21:51

21:51

Milli.Az bildirir ki, İsveçrə - Türkiyə oyunu bitdi.

AÇ-2020
A qrupu
20 iyun

İsveçrə - Türkiyə 3:1
Qol: H.Seferoviç, 6. C.Şakiri, 26; 68 - İ.C.Kahveci, 62.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Bakı. Olimpiya stadionu.

İsveçrə: 1. Yan Zommer, 3. Silvan Vidmer, 4. Niko Elvedi, 5. Manuel Akanci, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 10. Qranit Caka (k), 13. Rikardo Rodriqes, 14. Stiven Zuber, 23. Cerdan Şakiri.
Türkiyə: 23. Uğurcan Çakır, 2. Zeki Çelik, 3. Merih Demiral, 4. Çağlar Söyüncü, 6. Ozan Tufan, 7. Cengiz Ünder, 10. Hakan Çalhanoğlu, 17. Burak Yılmaz (k), 21. İrfan Can Kahveci, 22. Kaan Ayhan, 25. Mert Müldür.

İtaliya - Uels 1:0
Qol: M.Pessina, 39.
Qırmızı vərəqə: E.Ampadu, 55.
Baş hakim: Ovidiu Haçeqan (Rumıniya).
Roma. "Olimpiko" stadionu.

İtaliya: 21. Canluici Donnarumma, 6. Marko Verratti, 8. Jorjinyo, 9. Andrea Belotti, 12. Matteo Pessina, 13. Emerson, 14. Federiko Kyeza, 19. Leonardo Bonuççi (k), 20. Federiko Bernardeski, 23. Alessandro Bastoni, 25. Rafael Toloy.
Uels: 12. Denni Uord, 2. Kris Qanter, 3. Neko Uilyams, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remsi, 11. Qaret Byel (k), 14. Konnor Roberts, 15. Etan Ampadu, 16. Co Morrell, 20. Daniel Ceyms.

İtaliya - 9, Uels - 4, İsveçrə - 4, Türkiyə - 0.

---------

21:26

Milli.Az bildirir ki, İsveçrə - Türkiyə oyununda dördüncü qol vuruldu.

Oyunun 68-ci dəqiqəsində İsveçrənin oyunçusu Cerdan Şakiri fərqləndi.

İsveçrə - Türkiyə - 3:1.

---------

21:19

Milli.Az bildirir ki, İsveçrə - Türkiyə oyununda üçüncü qol vuruldu.

Oyunun 62-ci dəqiqəsində Türkiyənin oyunçusu İrfan Can Kahveci fərqləndi.

İsveçrə - Türkiyə - 2:1.

---------

20:27

Milli.Az bildirir ki, İsveçrə - Türkiyə oyununda ikinci qol vuruldu.

Oyunun 28-ci dəqiqəsində İsveçrənin oyunçusu Cerdan Şakiri fərqləndi.

İsveçrə - Türkiyə - 2:0.

---------

20:07

Milli.Az bildirir ki, İsveçrə - Türkiyə oyununda hesab açıldı.

Oyunun 6-cı dəqiqəsində İsveçrənin oyunçusu Haris Seferoviç fərqləndi.

İsveçrə - Türkiyə - 1:0.

--------

20:00

AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda qrup mərhələsinin üçüncü oyunu start götürdü.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bakı Olimpiya Stadionunda A qrupunda iştirak edən Türkiyə və İsveçrə milliləri qarşılaşır.

Qeyd edək ki, iyunun 12-də Bakıda keçirilmiş ilk oyunda Uels İsveçrə ilə 1-1 oynayıb. İyunun 16-da Türkiyə Uelsə 2-0 hesabı ilə məğlub olmuşdu.

Bu oyunlardan başqa, Bakıda iyulun 3-də 1/4 final mərhələsinin bir oyunu baş tutacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçilir. Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.

 
AÇ-2020
A qrupu
20 iyun
 
İtaliya - Uels 0:0 (1-ci hissə)
Baş hakim: Ovidiu Haçeqan (Rumıniya).
Roma. "Olimpiko" stadionu.
 
İtaliya: 21. Canluici Donnarumma, 6. Marko Verratti, 8. Jorjinyo, 9. Andrea Belotti, 12. Matteo Pessina, 13. Emerson, 14. Federiko Kyeza,  19. Leonardo Bonuççi (k), 20. Federiko Bernardeski, 23. Alessandro Bastoni, 25. Rafael Toloy.
Uels: 12. Denni Uord, 2. Kris Qanter, 3. Neko Uilyams, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remsi, 11. Qaret Byel (k), 14. Konnor Roberts, 15. Etan Ampadu, 16. Co Morrell, 20. Daniel Ceyms.
 
İsveçrə - Türkiyə 0:0 (1-ci hissə)
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Bakı. Olimpiya stadionu.
 
İsveçrə: 1. Yan Zommer, 3. Silvan Vidmer, 4. Niko Elvedi, 5. Manuel Akanci, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 10. Qranit Caka (k), 13. Rikardo Rodriqes, 14. Stiven Zuber, 23. Cerdan Şakiri.
Türkiyə: 23. Uğurcan Çakır, 2. Zeki Çelik, 3. Merih Demiral, 4. Çağlar Söyüncü, 6. Ozan Tufan, 7. Cengiz Ünder, 10. Hakan Çalhanoğlu, 17. Burak Yılmaz (k), 21. İrfan Can Kahveci, 22. Kaan Ayhan, 25. Mert Müldür.
 
İtaliya - 6, Uels - 4, İsveçrə - 1, Türkiyə - 0.
 

Milli.Az