Ermənistanda parlament seçkilərində 64 qanun pozuntusu qeydə alındı - VİDEO

20 İyun 2021 17:54

Ermənistan Baş Prokurorluğu bu gün keçirilən vaxtından əvvəl parlament seçkiləri zamanı 64 pozuntu halını qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə prokurorluğun nümayəndəsi Edqar Arsenyan bildirib.

Onun sözlərinə görə, qanun pozuntuları barədə məlumatlar polisdən, seçki iştirakçılarından, müşahidəçilərdən və mediadan əldə edilib.

E.Arsenyan deyib ki, pozuntular səsvermə sirrinin pozulması, təkrar səsvermə, rüşvət vermə, əmlaka ziyan, seçki hüquqlarının pozulması, zor tətbiq etmə ilə əlaqəlidir:

"Seçki məntəqəsində zorakılıq tətbiqi ilə bağlı cinayət işi açılıb".

Milli.Az