Suriyanın birinci xanımından ərinə dəstək

8 Fevral 2012 09:59
Milli.Az "İTAR-TASS"a istinadən xəbər verir ki, o, Bəşər Əsədin "bir qrup suriyalının yox, Suriyanın prezidenti olduğunu, həyat yoldaşının məhz bu statusunu dəstəklədiyini" bəyan edib.
Məktubda bildirilir ki, Britaniyada doğulmuş Əsma müxtəlif xeyriyyə fondlarında fəaliyyətini davam etdirməklə yanaşı, "lazım gəldikdə prezidentə dəstək də verir".

Qeyd edək ki, 36 yaşlı Əsma Londonun Kral məktəbini bitirib və Deutsche Bank-da işləyib. Bəşər Əsəd onunla İngiltərədə təcrübə keçərkən tanış olub. Cütlük 2000-ci ildə evlənib. Onların 2 oğlu, 1 qızı var.

Milli.Az