A seriyası oyunçuları Avro-2020-də liderdir

20 İyun 2021 15:00

Avro-2020-nin qrup mərhələsinin ilk 2 turunun nəticələrinə görə matçlarda ən çox qolları İtaliya A seriyasında çıxış edən oyunçular vurub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "FedeNerazzurra" məlumat yayıb. A seriyasında çıxış edən oyunçular bu müddət ərzində ümumilikdə 18 qola imza atıblar. Bu göstəricidə Almaniya Bundesliqası 2-ci (14 qol), İngiltərə Premyer Liqası isə 3-cüdür (8 qol).

Qeyd edək ki, iyunun 11-də start götürən Avro-2020-nin final oyunu İyulun 11-də keçiriləcək.

Milli.Az