Gürcüstanda daha 521 yoluxma halı qeydə alındı

20 İyun 2021 11:54

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 521 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 358 881, ölənlərin sayı isə 5 160 nəfərə çatıb. Virusa yoluxanlardan 344 748 nəfərin sağaldığı bildirilir.

Milli.Az