Novxanı yolunda qəza - ötmə əməliyyatı edən "Opel"lər toqquşdu - FOTO

20 İyun 2021 10:18

Abşeron rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Duz gölünün yaxınlığında baş verib.

Belə ki, "Opel" markalı nəqliyyat vasitəsi ötmə əməliyyatı edərkən eynimarkalı avtomobillə toqquşub. Qəza zamanı sürücü və sərnişin xəsarət alıb.

Milli.Az