Boşanmağını bayram kimi qeyd etdi - VİDEO

20 İyun 2021 10:48

Türkiyənin Adana bölgəsində maraqlı hadisə baş verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Çilem Ülkerler adlı vətəndaş 18 illik həyat yoldaşından 2 il davam edən məhkəmə prosesindən sonra boşanıb.

Ülkerler boşanmağı münasibəti ilə evinin qarşısında davul və zurna çaldırıb.

Zəfər qazandığını deyən Çilem "Gəlin necə çalğı ilə gedirsə, boşananda da bunu edə bilər" söyləyib.

Milli.Az