Bərdə və Biləsuvarda minik avtomobilləri yanıb

20 İyun 2021 07:55

Bərdə rayonunun Otuzikilər kəndində VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yaxınlıqdakı ferma yanğından mühafizə olunub.

Biləsuvar rayonunda "ZAZ" markalı minik avtomobilinin salonu və təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az