Avro-2020: İspaniya yığması Polşa komandası ilə heç-heçə edib - VİDEO

20 İyun 2021 07:00

İyunun 19-da futbol üzrə Avropa çempionatının ikinci tur oyunlarında İspaniya və Polşa yığmaları qarşılaşıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, Sevilya şəhərində keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Qolları ispanlar tərəfindən Alvaro Morata (25-ci dəqiqə), Polşa komandasından isə Robert Levadovski (54) vurublar.

Milli.Az