“İranı böyük dəyişikliklər gözləyir” - Əhmədinejad

19 İyun 2021 22:12

"Prezident seçkisindən sonra İranı böyük dəyişikliklər gözləyir".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu eks-prezident Mahmud Əhmədinejad ölkədə yekunlaşan səsvermədən sonra verdiyi müsahibədə deyib.

"Yaxın gələcəkdə münasibətlərdə və dünya nizamında böyük dəyişikliklər gözləməliyik. İranda da böyük dəyişikliklər və islahatlar olacaq", - deyə Əhmədinejad seçkilərin nəticəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, İranın xarici siyasətində ciddi dəyişikliklər qısa müddətdə baş verməyəcək:

"Qısa müddətdə xarici siyasətdə böyük dəyişikliklərin olacağı görünmür. Ancaq yaxın gələcəkdə dünya nizamının inkişafı ilə ümumilikdə beynəlxalq münasibətlər dəyişəcək və dolayısıyla bu dəyişikliklər İranla əlaqələrə də təsir edəcək".

Qeyd edək ki, İranda prezident seçkisinin qalibi 61,9% səslə İbrahim Rəisi olub.

Milli.Az