Naftalanda sanatoriyada istirahət edən kişi otağında ölü tapılıb

19 İyun 2021 22:09

Naftalan şəhərindəki sanatoriyanın müştərisi qəflətən vəfat edib.

Milli.Az "Report"a istinadən bildirir ki, ölüm faktı Naftalan şəhər ərazisində yerləşən sanatoriyaların birində qeydə alınıb.

Ağsu rayon sakini, 1960-cı il təvəllüdlü R.Ağacanov qaldığı sanatoriyanın otağında qəflətən dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və meyit tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az