İnsanlar istirahət üçün rayonlara üz tutur - Kirayə evlərin qiyməti bahalaşır

19 İyun 2021 15:54

Artıq orta məktəblərdə dərslər bitib. Dərs günləri bitdikdən sonra ailələrin daha çox asudə vaxtı olur. Bu da o deməkdir ki, insanların ailəliklə tətilə getmək imkanları daha da artıb.

Bunu Trend-ə açıqlamasında turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov deyib.

Ekspertin sözlərinə görə, ehtimal edilir ki, xaricə getmək üçün məhdudiyyətlər olduğuna görə, bu yay əhali daha çox rayonlarda istirahət etməyə üstünlük verəcək: "Artıq orta məktəblərdə dərslər başa çatıb, yəni ailələr daha çox uzunmüddətli istirahətə gedəcəklər. Bu həm rayonlardakı hotellərdə, həm də kirayə evlərdə doluluğa səbəb olacaq. Bununla əlaqədar olaraq təbii ki, qiymət artımları da qaçılmazdır".

Milli.Az