İranda daha 108 nəfər koronavirusdan ölüb

19 İyun 2021 18:12

İranda ötən sutka ərzində 108 nəfər koronavirusdan (COVID-19) ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 82 854 nəfərə yüksəlib. Ölkədə ötən sutka ərzində 6 448 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 086 974 nəfərə çatıb. Virus daşıyıcılarından 3 307 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 2 736 013 nəfər koronavirusdan sağalıb, 22,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə ölkədə 5,28 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4,37 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 906 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 22 rayon qırmızı və 175 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 251 rayon sarı zona hesab olunur.

Milli.Az