Rusiyada son sutka ərzində 466 nəfər koronavirusdan ölüb

19 İyun 2021 13:54

Rusiyada son sutka ərzində daha 17 906 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanlar 5 299 215 nəfərə çatıb.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 128 911 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

Milli.Az