Oğuzda minik avtomobili konbayna çırpılıb

19 İyun 2021 21:42

Oğuzda "VAZ 2106" markalı minik avtomobili taxıl biçən konbayna çırpılıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 20 radələrində Oğuz-Qumlaq avtomobil yolunda baş verib.

Qəza zamanı "VAZ 2106" markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda yaralıya tibbi yardım göstərilir, şəxsiyyəti dəqiqləşdirilir. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az