Kəlbəcərdə göldə boğularaq vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu kapitan Fərzəliyev İlham Allahverdi oğlu torpağa tapşırılıb.
Milli.Az-ın "Report"a istinadən məlumatına görə, kapitan İlham Fərzəliyev Göygöl rayon ərazisində yerləşən Kəlbəcər sakinlərinin qəbiristanlığında dəfn olunub.
Mərasimdə şəhidin yaxınları, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü İlham Fərzəliyev Kəlbəcər rayon Tövlədərə kənd sakinidir, ailəli olub və bir övladı var.
O, Vətən müharibəsinin iştirakçısı olub və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Milli.Az