Moskvada anbarda güclü yanğın olub

19 İyun 2021 21:41

Moskvada pirotexniki məhsulların yığıldığı anbarında yanğın baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə paytaxtın Təcili yardım xidməti məlumat yayıb.

Yanğın yerli vaxtla 19:15-də Lujhnetskaya rayonunda yerləşən anbarda baş verib.

Yanğın 500 kvadratmetr ərazidə lokallaşdırılıb.

Bildirilib ki, yanğının söndürülməsi zamanı alovdan ayrılan kimyəvi maddədən bir yanğınsöndürən zəhərlənib. O, xəstəxanaya yerləşdirilib.

Milli.Az