Türkiyə gəmi əleyhinə raketin uğurlu sınağını həyata keçirib - VİDEO

19 İyun 2021 12:54

Türkiyənin "Atmaca" gəmi əleyhinə raketi silahlanmaya verilməzdən əvvəl son sınaq zamanı hədəfi müvəffəqiyyətlə məhv edib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirib.

"Mavi Vətənimizin polad qılıncı olan "Atmaca" gəmi əleyhinə raket silahlanmaya verilməzdən əvvəl bugünkü son sınaq zamanı ilk dəfə olaraq gəmi hədəf tam dəqiqliklə vurdu", - deyə Ərdoğan "twitter" hesabında yazıb.

O, raket sınağı ilə bağlı video da paylaşıb.

Milli.Az