Dünya bazarlarında neft bahalaşıb

19 İyun 2021 11:29

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin avqust müqaviləsinin dəyəri 0,59% artaraq 1 barelə görə 73,51 dollar təşkil edib.

Milli.Az bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,84% artaraq 71,64 dollar təşkil edib.

Milli.Az