Şirvanda qətl törədən şəxs saxlanılıb

19 İyun 2021 10:19

Şirvanda həmyerlisini bıçaqlayaraq öldürən şəxs saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, iyunun 18-də münaqişə zəminində Şirvan sakini, 1981-ci il təvəllüdlü Babayev Fəxrəddin Veys oğlunu bıçaqlayaraq qətlə yetirən Şirvan sakini, 1991-ci il təvəllüdlü Mirzəyev Xəyyam Mehman oğlu polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şirvan prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az