Bakıda uşağı elektrik cərəyanı vurub

19 İyun 2021 08:18

Bakının Binəqədi rayonunda azyaşlı ehtiyatsızlıqdan ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində baş verib.

2010-cu il təvəllüdlü Səlimov Sabir Kamil oğlu evlərinin yanında elektrik qurğusuna toxunub. Nəticədə onu elektrik cərəyanı vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Milli.Az