Biz Zəngəzuru, Geqarkuniki də itirə bilərik - Çarukyan

19 İyun 2021 09:44

Ermənistanda 20 iyunda keçiriləcək növbədənkənar parlament seçkilərində ərazi məsələsi ilə bağlı təbliğat ön plandadır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu gün seçki kampaniyası çərçivəsində Eçmiədzində görüş keçirən Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyan da bu mövzuya vurğu edib.

O bildirib ki, Ermənistan Zəngəzuru (Sünik) və Geqarkuniki itirə bilər:

"Bu əraziləri Ermənistanın tərkibində saxlamaq üçün Rusiya ilə dərhal yeni saziş imzalamalıyıq. Yoxsa ərazi itirə bilərik".

Milli.Az