Tərtərdə kafe yanıb

19 İyun 2021 20:19

Tərtər rayonunun İsmayılbəyli kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli kafenin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az