Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub

18 İyun 2021 22:49

Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində, qeyri-məntəqə (nəzarətsiz) ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Milli.Az