"Artıq heç nə əvvəlki kimi olmayacaq" - Türkiyənin briqada generalı Milli.Az-a danışdı

19 İyun 2021 10:30

"Cənubi Qafqazda artıq heç nə əvvəlki kimi olmayacaq".

Bunu Milli.Az-a açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı sabiq hərbi attaşesi, briqada generalı Yücel Karauz deyib.

General bildirib ki, Ermənistanın Zəngəzur dəhlizinin tez bir zamanda açılmasından başqa yolu yoxdur:

"Cənubi Qafqazda balanslar dəyişdi. Azərbaycanın bu bölgədə bir güc mərkəzi olduğunu 44 günlük böyük Vətən müharibəsi təsdiqlədi. Bu, bölgənin supergücü olan Azərbaycanın beynəlxalq münasibətlər çərçivəsində qurduğu müsbət əlaqələr sayəsində Türkiyənin gücü ilə birləşərək, Qafqazlarda oyunu izləyən bir ölkə və yaxud mövqedən artıq oyun quran, strategiya müəyyənləşdirən güc halına gəldiyinin göstəricisidir.

Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında müstəqllikdən sonra 1992-ci ildən etibarən müxtəlif sahələrdə - iqtisadi, sosial, mədəniyyət, təhlis, media, hərbi sənayeni cəmləyərək Türkiyə-Azərbaycan qardaşlığının xətti dünyada 200 ölkə arasında olmayan və görünməyən bir şəkildə dostluqdan, qardaşlıqdan, strateji müttəfiqlikdən daha yüksək bir mərhələyə keçib.

Necə ki Qars müqaviləsi Naxçıvanın təhlükəsizliyinin təminatçısı oldu, Şuşa Bəyannaməsi də həm Qarabağın, həm də Azərbaycanın bütün torpaqlarının təhlükəsizliyini, Türkiyə və Azərbaycanın birgə olduğunun sübutu halına gətirdi. Burada Qars müqaviləsinə xüsusilə istinad edilməsi Mustafa Kamal Atatürkün 1921-ci ildə söylədiyi "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir" sözü, Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsindən, 44 günlük Vətən müahribəsində həm Rəcəb Tayyib Ərdoğanın, həm də Ali Baş Komandan İlham Əliyevin söylədikləri "Lazım olarsa bir millət, bir dövlət olarıq" fəlsəfəsinə gedən yoldur. Və hazırkı səviyyə bir stratejii mütəfiqlikdən əlavə "bir millət, bir millət" səviyyəsindədir. 

Şuşa Bəyannaməsi Əhməd Cavadın ruhudur, Şuşa Bəyannaməsi Üzeyir Hacıbəyovun ruhudur, Şuşa Bəyannaməsi Trabzon və Batumi müqavilələrindən sonra Gəncəyə və Bakının azad edilməsinə gələn Nuri Paşanın, Ənvər Paşanın ruhudur, Şuşa Bəyannaməsi M.K.Atatürkün, Heydər Əliyevin və bu gün bu münasibətləri ən yüksək səviyyəyə qaldıran R.T.Ərdoğanıın və İlham Əliyevin ruhudur.

15 iyun müqaviləsi həm bölgə ölkələrinə - Rusiyaya, İrana bir mesajdır, həm Türk Dünyası, türk dövlətləri təşkilatlarına bir mesajdır, həm də qlobal miqyasdakı dünya güclərinə (Ermənistan deyə bir dövlət özbaşına, öz iradəsinə görə olmadığı üçün Ermənistanı oyuncaq kimi oynadan başda Fransa olmaqla bəzi ölkələrə və Amerikada, Kanadadakı erməni diasporalarına - red) bir mesajdır.   

Ermənistanın 10 noyabr müqaviləsinə sadiq qalmaqdan, bu müqavilədəki müddəaları yerinə yetirməkdən, Zəngəzur dəhlizinin tez bir zamanda açılmasından başqa dönüş yolu yoxdur. Zəngəzur dəhlizi açıqlmadığı təqdirdə Azərbaycan və Türkiyə 10 noyabr atəşkəs müqaviləsinin sülh müqaviləsinə çevirlməməsi qərarındadır. Üçtərəfli bəyanatın da zəmanəti həm Rusiya, həm də Türkiyədir. 

Şuşa Bəyannaməsi sülhpərvər və bir insanlıq nümunəsidir. Biz Türkiyə və Azərbaycan olaraq gücümüzü sülh üçün birləşdiririk. Üçüncü ölkələrin istər Azərbaycanın, istərsə də Türkiyənin ərazi bütövlüyünə fiziki olaraq, terrorizm fəaliyyəti olaraq və kiber hücumlar konteksində təcavüzlərinə qarşı Bakının təhlükəsizliyinin Ankaradan, Ankaranın da təhlükəsizliyinin Bakıdan keçdiyininin bir zəmanətidir. Bu müqavilədən sonra mən əminəm ki, türk dövlətləri təşkilatlarında yer alan Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstandakı qardaşlarımızla da eyni səviyyədə Bəyannamələr yaxın gələcəkdə imzalanacaqdır. Eyni zamanda Ermənistan öhdəliklərini yerinə yetirdikdən sonra bölgədə 6-lı platformadakı İran, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və Azərbaycanla birgə Qafqazlar bir sülh mərkəzi və hər kəsin qazanacağı bir bölgəyə çevriləcəkdir. 

Şuşa Bəyannaməsinin prinsipləri əsasında yaranacaq sülh mühitindən ən çox qazanacaq olan əslində Ermənistandır. Enerji təhlükəsizliyinin, kommunikasiya sistemlərinin, dəmir və quru yollarının bu bölgədən keçməsi bitmiş, tükənmiş olan, sıfıra enən Ermənistan üçün də, Qafqazlar üçün də çox böyük imkanlar vəd etməkdədir. 

Bu Bəyannamə müdafiə sənayesinin də artıq Türkiyənin Azərbaycana mal satması əvəzinə türk məhsullarının zərbaycanda istehsal olunması, birgə istehsal edilərək üçüncü ölkələrə satılması kimi yeni bir başlanğıcın əsasın qoyur.

11 səhifəlik sənəddə Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Silahlı Qüvvələrinin təşkilat, təhsil, tədris və konsepsiya, müdafiə və təhlükəsizlik doktrinasına keçişi mənasını daşıyır. Bu Bəyannamə eyni zamanda, hər iki ölkəyə qarşı "NATO 2030"da da müəyyənləşmiş olan bütün təhdidləri dəf edəcək şəkildə ortaq bir Təhlükəsizlik Şurasının yaranması, Türkiyə ilə Azərbaycanın bu məsələlərlə bağlı komitələrinin müştərək olaraq iclaslar keçirməsi, planlar qurması və təhdidlərə qarşı görüləcək tədbirləri müəyyənləşdirmək baxımından da çox önəmlidir. 

Prezident İlham Əliyev Azərbaycan xalqının milli və mənəvi maraqları çərçivəsində Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusunun Dəmir yumruğu ilə 28 illik işğala son qoyaraq torpaqlarına göz dikənlərin gözlərini çıxartmaqla yeni geosiyasi vəziyyət yaratmağı bacardı. 44 günlük Vətən müharibəsindən sonra görülən tədbirlər nəticəsində əldə edilən nailiyyətlər  - Ağdamda basdırılmış 97 min minanın xəritəsinin verilməsi, Şuşa Bəyannaməsi kimi önəmli hadisələrlə də Azərbaycan müharibə meydanında qazandığı Zəfəri diplomatik uğurla zirvəyə qaldırdı. Şuşa Bəyannaməsi tarixdə önəmli müqavilələr kimi 10 illər də keçsə, bundan sonra Azərbaycan, Türkiyə tarixi və bölgə tarixi baxımından tez-tez xatırlanacaq tarixi bir faktdır".

Təhməz Əsədov
Milli.Az