Keçmiş arvadı sənətçini məhkəməyə verdi

19 İyun 2021 05:15

Keçmiş həyat yoldaşı Çloe Loughnan müğənni Sərdar Ortaçı məhkəməyə verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, İstanbulun Bebek səmtində obyektivlərə tuş gələn Ortaç keçmiş xanımına ödədiyi təzminatın onu çətin vəziyyətə saldığını deyib.

"Əvvəl proqblem yaratmırdı, amma indi coşub. İnsanlar belədir. Evimə polis əl qoyub. Ona 600 min lirə ödəməliyəm. Məndə pulu qalmaz, amma səbr etməlidir" deyə, Serdar bildirib.

Ortaç digər borclarını ödəyib bitirdiyini deyib.

Milli.Az