Qadın paltarı geyinən blogerin barmağını sındırdılar

18 İyun 2021 20:54

Moskvanın mərkəzində bir qrup şəxs qadın paltarı geyinən blogger Matvey Şiryaevə hücum edib.

Milli.Az-ın lent.az-a istinadla verdiyi xəbərə görə, gənclər onun barmağını sındırıblar.

Hadisə çəkiliş zamanı baş verib. Qadın paltarı geyinən bloggeür TikTok üçün çarxa çəkilirmiş. Bu zaman bir neçə gənc ona yaxınlaşıb. Onlar yaxınlaşaraq nəyə görə qadın paltarı geyindiyini söyləməsini tələb ediblər.

Naməlum şəxslər bloggerə və operatora hücum edib əllərindən tutaraq itələməyə başlayıblar. Nəticədə bloggerin barmağı sınıb.

Milli.Az