Məşhur motosikletçi faciəvi şəkildə öldü - Anbaan VİDEO

18 İyun 2021 20:24

Daredevil olaraq tanınan məşhur motosikletçi Aleks Harvil məşq zamanı faciəvi şəkildə həyatını itirib.

Milli.Az "Haber Global"a istinadən xəbər verir ki, ABŞ-ın tanınmış ekstremal idmançısı olan Harvil Vaşinqtonda keçirilən yarış zamanı baş verən qəza səbəbilə dünyasını dəyişib.

Verilən rəsmi açıqlamaya görə qəza 28 yaşlı idmançı 351 metrlik tullanmaq rekordunu qırmaq istəyərkən baş verib.

Meyitin ekspertizaya göndərilcəyi və hadisə ilə bağlı istintaq başladılacağı bildirilib.

Qeyd edək ki, Harvil evli olub və iki övladı var.

Milli.Az