Şoyqunun qızı ana olacaq - FOTO

18 İyun 2021 20:42

Mayın sonlarında ailə quracağı barədə xəbər yayılan Rusiya müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya ana olacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Kseniya bu barədə "Esquire" jurnalına açıqlamasında bildirib. O, nişanlısı, idman sahəsi üzrə bloqqer Aleksey Stolyarovdan hamilə olduğunu deyib.

Nazir qızı bir neçə ay sonra qız övladlarının dünyaya gələcəyini söyləyib.

Bununla da, müdafiə naziri üçüncü dəfə baba olacaq. Belə ki, nazirin böyük qızı Yuliya iki uşaq böyüdür.

Milli.Az