Teymur Rəcəbov növbəti 3 turda mübarizə aparacaq

19 İyun 2021 23:12

Parisdə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da qatıldığı nüfuzlu "Grand Chess Tour" yarışının ikinci mərhələsinin növbəti üç turu keçirilib.

Şahmatçımız rusiyalı Piter Svidler, amerikalı Uesli So, Fabiano Karuana ilə heç-heçə edib.

Turnir iştirakçıları üç gün ərzində rapid üzrə görüşlər keçirəcəklər. İyunun 21-də isə blits turniri start götürəcək.

Milli.Az