Xolesterola qarşı təbii dərman - Bu qidadan bol-bol yeyin!

2 Avqust 2021 21:35

Xolesterolu normada saxlamağın yolu düzgün qidalanmaqdan keçir.

Milli.Az xəbər verir ki, vitamin və mineralla zəngin qidalanmaq pis xolesterolu aradan qaldırır, xəstəliklərə yoluxma riskini azaldır. Bu qidalardan ən əsası sarımsaqdır.

Sarımsaq Kalium mineralı, A və C vitamini tərkiblidir. Qan laxtalanmasının, damarların tıxanmasının qarşısını alır. Ürək-damar problemləri olanlar üçün möcüzəvi qidadır. Güclü bir antioksidan olan sarımsaq qan təzyiqini aşağı edir və qan yağlarının azalmasına kömək edir. /medicina.az

Milli.Az