AVRO-2020: Bu gün daha üç qarşılaşma baş tutacaq - AFİŞA

18 İyun 2021 12:32

Azərbaycanın da ev sahiblərindən biri olduğu futbol üzrə Avropa çempionatı davam edir. 

Milli.Az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutacaq.

Əvvəlcə E qrupu çərçivəsində İsveç və Slovakiya yığmaları üz-üzə gələcəklər. 

Günün ikinci matçı D qrupunda Xorvatiya və Çexiya yığmaları arasında baş tutacaq.

Bu qrupun digər oyununda isə İngiltərə və Şotlandiya milli komandaları qarşılaşacaq.

AÇ-2020

18 iyun
E qrupu
17:00. İsveç - Slovakiya
Sankt-Peterburq. "Qazprom Arena".
D qrupu
20:00. Xorvatiya - Çexiya
Qlazqo. "Hampden Park" stadionu.
23:00. İngiltərə - Şotlandiya 
London. "Uembli" stadionu.

Milli.Az