Həbs edilən sabiq nazir AZADLIĞA BURAXILDI

18 İyun 2021 11:09

Naxçıvanın sabiq təhsil naziri Məmməd Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində M. Qəribova şərti cəza verilib və azadlığa buraxılıb.

Xatırladaq ki, M. Qəribov bir müddət əvvəl mənimsəmədə ittiham olunaraq həbs olunub.

Milli.Az