Nadir Qafarzadənin oğlu onun yolunu gedir - Rusiyada müğənnilik edir - VİDEO

19 İyun 2021 01:45

Müğənni Nadir Qafarzadənin oğlu Əziz ifaçılığa başlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  o, kamera qarşısına keçərək klip də çəkdirib. O, rus dilində "Rim" adlı mahnı səsləndirib. Əziz Rusiyada fəaliyyət göstərdiyini bildirib.

Qafarzadə oğlunun klipini yayımlayaraq "Uğurlar sənə, oğlum. İlk addım" sözləri ilə ona dəstək olub.

Milli.Az