Bakıda fəhlə fəhləni bıçaqladı
30 Aprel 2010 10:42
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Nərimanov rayonu ərazisində tikintidə işləyən, hələlik şəxsiyyəti açıqlanmayan fəhlə, iş yoldaşı Əlvan Nəcəfovu bıçaqlayıb.
Yaralı baş və döş nahiyələrindən aldığı ağır xəsarətlərlə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.
Xəstəxanadan Milli.Az xəbər portalına verilən məlumata görə, yaralının vəziyyəti ağırdır. O, dərhal əməliyyata götürülüb, hazrda əməliyyat gedir.
Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsindən Milli.Az-a bildirildi ki, hadisəni törədən şəxs artıq şübhəli şəxs qismində saxlanılıb. Bıçaqlanmanın hansı səbəbdən baş verməsi isə hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az