Nuranın qəzaya düşən oğlu və gəlini ilə GÖRÜNTÜLƏRİ - FOTOlar

18 İyun 2021 11:19

Xəbər verdiyimiz kimi, Nura Surinin oğlu Xosrov qəzaya düşüb. Hadisə bir neçə gün əvvəl ABŞ-ın Kaliforniya ştatının Beykersfild şəhərində baş verib. Hazırda vəziyyəti yaxşıdır.

Milli.Az big.az-a istinadən xəbər verir ki, Nura sosial media hesabında Xosrovla fotolarını paylaşaraq "Şükürlər olsun" sözlərini yazıb. Həmin fotolarda bir xanım da yer alıb. İzləyicilərin əksəriyyəti xanımın Nuranın gəlini olduğunu iddia ediblər.

Qeyd edək ki, bir müddət öncə Nura açıqlamasında artıq qayınana olduğunu demişdi:

"Demək olar ki, artıq qayınana olmuşam. Bir çoxları oğlum Davidi görür, elə bilir ki, uşaqlarım balacadır. Mən çox erkən ailə qurmuşam. Camaat rəfiqələri ilə oynayanda, universitetdə oxuyanda mən uşaq bələyirdim. Böyük oğlumun artıq 24 yaşı var".

Milli.Az