"12 yaşım var, təcüvüzə məruz qalıram, kömək edin" - Polis hərəkətə keçdi

18 İyun 2021 13:49

Antalyada (Türkiyə) "12 yaşım var, təcüvüzə məruz qalıram, xahiş edirəm köməl edin" yazısının yer aldığı bir foto sosial mediada yayıldıqdan sonra polis hərəkətə keçib.

Milli.Az milliyet-ə istinadən xəbər verir ki, polis sosial şəbəkədə daş üzərində yazılan bu foto ilə bağlı hərəkətə keçib. Yazını yazan kiçik qız, ana və qardaşı ilə birlikdə mühafizəyə  götürüb. Ata-anası ayrı yaşayan qızın anası bu xəbərdən sonra şoka düşüb. İnsidentlə bağlı qonşuda yaşayan 59 yaşlı Hüseyn E ittiham olunub.

O isə günahını boynuna almayıb.

Kamran Seyidov
Milli.Az