Xəbər verdiyimiz kimi, dünən Avro-2020-nin qrup mərhələsinin matçları davam edib.
Milli.Az xəbər verir ki, Avropa çempionatının C qrupunda II tura yekun vurulub.Niderland Amsterdamdakı "Yohan Kroyf Arena"da Avstriya ilə qarşılaşıb.
Rəqibini 2:0 hesabı ilə məğlub edən "narıncılar" 1/8 finala vəsiqəni təmin ediblər.
Görüşdə hesabı 11-ci dəqiqədə penaltidən Memfis Depay açıb. İlk hissə bu hesabla başa çatıb.
İkinci yarıya da fəal başlayan meydan sahibləri 67-ci dəqiqədə Denzel Dümfrisin qolu ilə fərqi 2 topa çatdırıblar. Bu qol eyni zamanda oyunun yekun nəticəsini müəyyənləşdirib.
Beləliklə, xallarını 6-ya çatdıran Niderland seçməsi vaxtından əvvəl pley-offa yüksəlib. Avstriya isə 3 xalla üçüncü pillədə qərarlaşıb.
Daha əvvəl İtaliya və Belçika yığmalarının qrupdan çıxmaları dəqiqləşib.
Milli.Az