Bakıda zəncirvari qəza - Ölən var - FOTO

18 İyun 2021 09:54

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Mərdəkan qəsəbəsində 99-LO-632 dövlət nömrə nişanlı "Reno" markalı avtomobil, 99-VX-039 dövlət nömrə nişanlı "Opel" markalı avtomobil, eləcə də "Volkswagen" markalı avtomobillər toqquşub.

Qəza zamanı "Opel"də olan bir nəfər (şəxsiyyət dəqiqləşdirilir - red.) ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az