Azərbaycanda ixtira edilən 4 yeni kartof sortu fermerlərə təqdim olunacaq

17 İyun 2021 21:05

Azərbaycanda 4 yeni kartof sortu fermerlərə təqdim edilməyə hazırdır.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev deyib.

O bildirib ki, yeni ixtira olunan kartof sortları artıq şəhadətnamə alınma ərəfəsindədir: "Yeni kartof sortları "Çənlibel", "Turan", "Vaqif" və "Uğur" adlandırılıb. Bu sortlar bu il, ya da növbəti ildə fermerlərə təqdim ediləcək. Artıq həmin sortların nümayiş əkinləri başlanıb. Hazırda Gədəbəy rayonunda 4 sotda yeni kartoflar əkilib. Yeni kartof sortları digərlərindən daha məhsuldardır, xarici sortlarla qarışığı yoxdur".

Milli.Az