"Cənub Qaz Dəhlizi"nin gücünün 20 faizi hidrogen nəqli üçün istifadə oluna bilər

17 İyun 2021 20:46

"Cənub Qaz Dəhlizi"nin buraxılış gücünün 20 faizə yaxını hidrogen nəqli üçün istifadə oluna bilər və hazırda bu istiqamətdə intensiv işlər aparılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "SOCAR Türkiyə"nin Direktorlar Şurasının sədr müavini Vaqif Əliyev deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan Avropanın "Yaşıl" sazişinə əməl etməlidir: "Əks təqdirdə, məhsullara vergilər tətbiq olunacaq. Biz transformasiyanı düzgün həyata keçirməliyik".

V.Əliyev qeyd edib ki, SOCAR neft-qaz şirkətindən inteqrə şirkətə çevrilmək üzərində işləyir.

Milli.Az