FHN: Xaçmazda baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

18 İyun 2021 14:50

14:50

Xaçmaz rayonunun Niyazoba kəndi yaxınlığında meşə və meşəətrafı zonada, o cümlədən biçilmiş və biçilməmiş taxıl, quru ot və kol-kosdan ibarət sahələrdə baş vermiş yanğın söndürülüb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, mürəkkəb relyefin, isti və küləkli hava şəraitinin yanğının söndürülməsinə mane olmasına baxmayaraq, nazirliyin əraziyə cəlb olunmuş qüvvələrinin peşəkar fəaliyyəti nəticəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib.

Qeyd edək ki, dünən başlayan yanğının söndürülməsinə Nazirliyin Aviasiya dəstəsinin helikopteri də cəlb olunmuşdu.

------

2021.06.17
19:16

Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.

Yanğının söndürülməsini sürətləndirilmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Küləkli hava şəraiti yanğınsöndürmə işlərini çətinləşdirir. Yanğınsöndürmə işləri davam etdirilir.

Milli.Az